Günəş və Çimərlik

Özəl Çimərlik

Bilgah Beach Hotel - Bakıda dəniz kənarı lüks kateqoriyalı ilk hotel kurortdur. Hotel qonaqlara sahilboyu narın qumlu 300 metr çimərlik, geniş çətirlər və oturma əraziləri və yüksək səviyyəli xidmət təklif edir.

Açıq və qapalı hovuzlar

Ətrafınızdakı təbiətin gözəlliyindən həzz alaraq üzmək və ya açıq və qapalı hozularımızın ətrafında sadəcə dincəlmək və günəşlənmək sizə gün boyu yüksək enerji zəmanəti deməkdir. Bilgah Hotelində hər otaq və süitin qonaqlarının bütün hovuzlara giriş imkanı vardır.

Akvapark

Akvaparkda qonaqları su təpələri, açıq hovuz, fontan və günəş vannalarının qəbulu üçün təchiz olunmuş yerlər gözləyir. Akvapark 15 müxtəlif su təpəsi təqdim edir: "Qara dəlik", "Raftinq", "Multi təpələr", "Azad düşüş tuneli", "Kamikaze", "Dalğa" açıq su təpələri, eləcə də, uşaqlar üçün oyun meydançaları var. Akvapark sentyabrın 15-dən etibarən bağlanacaq

0

cookie_text