cookie_text
Ətraf mühit və İrs
Ətraf mühit və İrs
Qonaqlarımız, əməkdaşlarımız və tərəfdaşlarımız üçün qabaqcıl və zəngin təcrübə yaratmaqla yanaşı biz biznesin elə aparılması metodlarını formalaşdırırıq ki, onlar ətraf mühiti, mədəni və tarixi irsi müdafiə etsin və qorusun, müsbət gələcəyə töhfə versin.
Bizim səylərimiz aşağıdakı əsas məqamlara hədəflənib:
Enerji səmərəliliyi
Tullantıların idarə olunması
Təhsil və məşğulluq
Məsuliyyətli satınalmalar
İrsin qorunması
Ekoloji siyasət
Bizim məqsədimiz layihələndirmə və tikintidən başlamış obyektlərimizin texniki və ekoloji məqsədlərə uyğun idaərolunmasına qədər atdığımız bütün addımlarda ətraf mühitin qorunmasına dair müvafiq standartlara nail olmaqdan ibarətdir.
Absheron Hotel Group MMC-nin siyasətinə uyğun olaraq şirkətin texniki və idarəetmə fəaliyyəti normativ tələblərə uyğun olaraq və ətraf mühitə minimal təsir etməklə həyata keçirilir. Bu siyasət bütün menecerlərə və onların şirkətimizin sahibləri, sərmayədarlarımız, eləcə də cəmiyyət qarşısında məsuliyyət daşıyan həmkarlarına şamil olunur.
Biz hər bir işçinin ətraf mühitin qorunmasında mühüm rol oynadığını düşünürük. Şirkət müntəzəm olaraq bütün heyəti ilə məqsədləri və ətraf mühitin qorunmasına dair fərdi məsuliyyət barədə müzakirə aparır. Absheron Hotel Group işçilərinin bu siyasətinə uyğun olaraq fəaliyyət göstərməsini təmin etmək üçün mümkün olan hər şeyi edir.
Biz həmçinin fəaliyyətimizlə bağlı riskləri müəyyən edirik, izləyirik və onları idarə edirik, daima dizayn və istehsal proseslərini təkmilləşdiririk, məqsədlərimiz haqqında müştərilərə, icmalar və biznes tərəfdaşlarıa məlumat veririk və və hökumət ilə fəaliyyət zamanı kurortun ətraf mühitə potensial təsiri barədə müzakirə aparırıq.
Absheron Hotel Group və onun strukturunda olan bütün şirkətlər bütün həmkarlarını, biznes tərəfdaşlarını və icmaları yaşadığımız və işlədiyimiz ölkələrin ətraf mühitinin, eləcə də tarixi və mədəni irsinin qorunması üçün birgə səy göstərməyə çağırır.