Rahatlığınız bizim üçün çox dəyərlidir

Bilgah Beach Hotel Spa

Spa proqramı tətilinizin ən faydalı hissəsi ola bilər. Evə qayıtdıqda tam ruh yüksəkliyini və bədən rahatlığını hiss edəcəksiniz. Prosedurlar əzələ toxumasında bərpa proseslərini sürətləndirir, yorğunluğu aradan qaldırır, əzələləri yumşaq və elastik edir.

Talise Fitness

Fitness mərkəzimizdə ciddi bir məşq üçün lazım olan bütün ağırlıqlara və ürək-damar avadanlığına sahibik və bunlardan istifadə etməyinizə kömək edəcək professional təlimçilər var.

Gəzintilər

Açıq havada fəal idman və uzun gəzinti sevərləri oteldəki yaşıl bağları və ya sahil boyu 300 metrlik çimərliyin üstünlüklərini qiymətləndirə bilər. Erkən səhər və ya axşam saatlarında hər kəs təmiz dəniz havasında qaçmaqdan və gəzməkdən zövq alacaq.

Tennis kortu

Tennis kortu

Siz ailə və ya dostlarınızla aktiv oyunlarda bir araya gələ bilərsiniz. Sıfırdan başlamaq istəyənlər üçün isə otel xüsusi təlimçi təklif edir. Oyun ləvazimatları da daxil olmaqla meydançadan pulsuz olaraq sizin xidmətinizdədir.

Basketbol meydançası

Basketbol meydançası

Müasir basketbol meydançası xidmətinizdədir. Dostlarınız və ya ailə üzvlərinizlə gəlin və aktiv tətil yaşayın. Oyun meydançası otel qonaqları üçün pulsuzdur.

Futbol meydançası

Futbol meydançası

Açıq havada futboldan yaxşı nə ola bilər? Rəqabət ruhu, əfsanəvi zərbələri sınamaq imkanı, hesab həyəcanı, komanda ilə oyun rahatlığı! Meydança və topdan istifadə qonaqlar üçün pulsuzdur.

0

cookie_text